Andrey Kostin Ukraynanın yeni baş prokuroru seçilib.
AzerTimes xəbər verir ki, bunu Xalqın Xidmətçisi Partiyasının mətbuat katibi Yuliya Paliyçuk deyib.
“Ukrayna Ali Radası Andrey Kostinin baş prokuror vəzifəsinə təyinatını təsdiqlədi. Parlamentdə keçirilən səsvermədə Kostinin namizədliyini 299 deputat dəstəklədi”, – Paliyçuk bildirib.
Qeyd edək ki, Andrey Kostin bu postda İrina Venediktovanı əvəz edib.