Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətini atəşə tutması nəticəsində yaralanan “Rossiya-24” telekanalının müxbiri Boris Maqsudov ölüb.
AzerTimes xəbər verir ki, bu barədə rusiyalı aparıcı Vladimir Solovyov məlumat yayıb.
“İndicə kədərli xəbər gəldi. Səhər saat 6-da həmkarımız Boris Maqsudov aldığı xəsarətlərdən Cankoy yolunda öldü. Onun həyatı üçün çox səy göstərildi, dünən ağır yaralanmışdı”, – Solovyov bildirib.