Vladimir Zelenski hakimiyyəti dəyişsə, Ukrayna dağılmaqdan qaça bilər.
AzerTimes xəbər verir ki, bunu amerikalı diplomat Ças Friman deyib.
“Söhbət Ukraynanı tam məhv olmaqdan xilas etmək imkanından gedirsə, cavab belədir: Kiyevdə hakimiyyət dəyişikliyi və ya siyasətdə əsaslı dəyişiklik lazımdır”, – o bildirib.
Onun sözlərinə görə, Kiyev sülh danışıqları aparmaqdan və münaqişəni diplomatik yollarla həll etməkdən imtina etməklə yanılıb.
Friman vurğulayıb ki, döyüşlər nə qədər uzun davam edərsə, gələcəkdə danışıqlar prosesinə başlamaq bir o qədər çətindir.