Ukraynanın vurduğu zavod fəaliyyətini dayandırdı

Ukraynanın vurduğu zavod fəaliyyətini dayandırdı

Ukraynanın PUA hücumundan sonra Rusiyanın Sızran şəhərindəki neft emalı zavodu fəaliyyətini dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, 5 dekabr hücumu zamanı dronlar CDU-6 xam neft emalı qurğusunu dağıdıb. Bu qurğu avqust ayında da zərbəyə məruz qalmışdı və yalnız iki həftəlik təmirdən sonra fəaliyyətini bərpa edə bilmişdi.

Agentlik bildirib ki, indi bu qurğunun təmiri bir aya yaxın çəkə bilər.

Teqlər: