

İyunun 1-də Ukraynanın dron hücumuna məruz qalan Rusiyanın Olenya aerodromunda ciddi dağıntılar baş verib.
AzerTimes xəbər verir ki, Ukrayna Teleqram kanallarında yayımlanan peyk görüntülərində hücumun nəticələri aydın şəkildə əks olunub.
Şəkillərdə 4 ədəd strateji bombardmançı Tu-95MS və bir An-12 hərbi-nəqliyyat təyyarəsinin tamamilə məhv edildiyi aydın görünür.
Məlumatlara görə, sözügedən təyyarələr birbaşa sıradan çıxarılıb və təmirə yararsız vəziyyətdədir.