Ukraynanın ÜDM-i bu il iki dəfəyə yaxın azalacaq – Dünya Bankı

Ukraynanın ÜDM-i bu il demək olar ki, yarıya qədər azalacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə Dünya Bankından bildiriblər.

Ukraynanın cənubundakı Qara dəniz limanlarının blokadası və
ölkənin şərqində sənayeyə dəyən ziyana görə, Ukraynanın ÜDM-nin
2022-ci ildə təxminən 45% azalacağı proqnozlaşdırılır.

Dünya Bankı Rusiya iqtisadiyyatının da resessiyaya uğrayacağını
bildirib. Rusiyanın ÜDM-nin bu il 11,2%, Moldova, Belarus və
Ukrayna da daxil olmaqla Şərqi Avropa ölkələrində istehsalın 30,7%
azalacağı proqnozlaşdırılır.

Hesabatda deyilib ki, Rusiya qoşunlarının Qara dənizə çıxışını
kəsəcəyi təqdirdə kənd təsərrüfatından çox asılı olan Ukrayna
iqtisadiyyatı daha çox zərər çəkə bilər.

Müharibənin davam etməsi çox güman ki, Dünya Bankını
proqnozlarına yenidən baxmağa və ÜDM-də daha da böyük azalma
proqnozlaşdırmağa məcbur edəcək.

Bank Ukraynadakı hadisələrin əlverişsiz ssenarisi təqdirdə
Rusiyanın ÜDM-nin 20 faiz, Ukraynanın ÜDM-nin 75 faiz azala
biləcəyini proqnozlaşdırır.

Teqlər: