Ukrayna ciddi müdafiə xətti qurur və Slovakiya bu işdə köməklik göstərəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal slovakiyalı həmkarı Robert Fitso ilə Ujqorodda keçirdiyi brifinqdə deyib.
Şmıqalın sözlərinə görə, tikilməkdə olan üç səviyyəli müdafiə xətti bütün istiqamətlərdə mühafizəni təmin edəcək.
Plana görə, yeni müdafiə xətti Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə mane olmalıdır.
Baş nazir əlavə edib ki, Slovakiyanın özəl şirkəti bu məsələ ilə bağlı texnika təminatında Ukraynaya ciddi yardım edəcək.
Qeyd edək ki, bundan öncə Slovakiya Baş naziri R.Fitso ölkəsinin Ukraynaya yardımının humanitar vasitələrlə məhdudlaşacağını söyləmişdi.
Xatırladaq ki, Ukraynanın uzunluğu min kilometr olan üçqat müdafiə xətti qurduğu haqda mediada məlumat yayılmışdı.