Ruslar və ukraynalılar mahiyyətcə eyni xalqdır və bu fikirlə qismən razılaşıram ki, Ukraynada hazırda baş verənləri vətəndaş müharibəsi adlandırmaq olar.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda deyib.
“Ruslarla ukraynalıların əsasən bir xalq olması tarixi faktdır”, – o bildirib.
Onun sözlərinə görə, ukraynalılar və ruslar təəssüf ki, bir sıra səbəblərə görə müxtəlif dövlətlərdə qalıblar.
Putin əminliklə vurğulayıb ki, vahid rus xalqını parçalamaq cəhdi 19-cu əsrdə başlayıb:
“19-cu əsrdə bu baş verməyə başladı, getdikcə genişləndi, Qərb tərəfindən də dəstəkləndi. “Parçala və hökm sür” prinsipidir, burda qeyri-adi heç nə yoxdur. Beləliklə, müəyyən qədər məqsədlərinə çatdılar”.
Putin qeyd edib ki, sonradan İkinci Dünya müharibəsində Hitlerlə əməkdaşlıqda bu özünü göstərdi:
“Ukrayna dövlətçiliyinin, suverenliyinin və ərazi bütövlüyünün yeganə, əsl və ciddi qarantı Rusiya ola bilərdi. O Rusiya ki, indiki Ukraynanı yaratmışdı”.