Suca şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında deyil.
AzerTimes xəbər verir ki, bu barədə Suca şəhərinin rəhbəri Vitali Slaşçev TASS-a bildirib.
Ukrayna əsgərlərinin Sucadakı bir mağazanın və təşkilatlardan birinin önündə çəkilən görüntülərin həqiqiliyi ilə bağlı suala cavab olaraq o deyib: “Təxliyyə davam edir, Suca bizimdir”.
Qeyd edək ki, daha öncə Kursk vilayətinin Suca şəhərinin Ukrayna ordusunun tam nəzarətinə keçdiyi xəbəri yayılıb.