Ukraynanın şərqi ilə bağlı əsas qərarlar Türkiyədə verilə bilər – Ərdoğan

Ukraynanın şərqindəki vəziyyətlə bağlı atılacaq addımlar barədə
əsas qərarlar Türkiyədə qəbul ediləcək.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.

“Bu qərarlar İstanbul və ya Ankarada qəbul edilə bilər”, – deyə
R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, şənbə günü onun mətbuat katibi İbrahim
Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal birlikdə
Kiyevə gedib, orada Ukrayna prezidenti Volodimir Zelenski və
başqaları ilə görüşüblər.

“Oradan bir sıra istəklər aldıq və yəqin ki, bu həftə cənab
Putinlə danışıqlarımız olacaq. Həmçinin, İbrahim Kalın, Uşakovla
görüşərək bu prosesi sürətləndirəcəyinə ümid edirəm. Məni
maraqlandıran odur ki, biz təxliyəni necə sürətləndirə bilərik,
məsələn, Mariupolda bu məsələnin həllini necə tapa bilərik və biz
bunu etməyə çalışacağıq”, – deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə Rusiya və Ukrayna
liderlərinin İstanbul və ya Ankarada görüşünün təşkili üçün səylər
göstərir.