Ukrayna Baş Prokurorluğu keçmiş prezident Viktor Yanukoviçin dövründə fəaliyyət göstərən müdafiə naziri Pavel Lebedevə məxsus müəssisələrə həbs qoyulduğunu açıqlayıb.
AzerTimes prokurorluğun məlumatına istinadən xəbər verir ki, dövlətə xəyanətdə təqsirli bilinərək axtarışa verilmiş eks-nazirin ailəsinə məxsus dəyəri təxminən 650 milyon qrivna (22 milyon dollar) olan 645 dəmir yolu vaqonu üzərinə həbs qoyulub.