Ukraynanın sabiq deputatı həlak oldu

Ukraynanın sabiq deputatı həlak oldu

Ukraynanın Artemivsk rayonu (Donetsk vilayəti) ətrafında gedən şiddətli döyüşlərdə 2014-cü ilin “Maydan” hərəkatının əsas təşkilatçılarından biri, Ukrayna Ali Radasının sabiq deputatı Mixail Qavrilyuk həlak olub.

AzerTimes xəbər verir ki, məlumatı Ukrayna mediası yayıb.

44 yaşlı Mixail Qavrilyukun öldürülməsini Ukrayna Müdafiə Nazirliyinin tərkibində döyüşən millətçi hərbi birləşmələrin komandirləri də təsdiq ediblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç Ukrayna ordusunun Artemivsk bölgəsində ciddi itkilər verdiyini açıqlamışdı.

Teqlər: