Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə mümkün raket zərbələri heç bir ciddi hərbi əhəmiyyət kəsb etməyəcək.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Starikov deyib.
Eyni zamanda o, Böyük Britaniya və ABŞ-dan müvafiq icazə tələb etməklə Ukrayna rəhbərliyinin hansı məqsədləri güdə biləcəyini açıqlayıb:
“Məqsəd nədir? Rusiya cəmiyyətini sarsıtmaq – sadəcə budur. Amma bu zərbələr Rusiya cəmiyyətini sarsıda bilməyəcək. Təhlükə olanda hamı birləşir”.