Ukraynanın Rusiyanın Kursk bölgəsini işğal etməsi qanunidir və Kiyevin özünümüdafiə hüququna aiddir.
AzerTimes xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alman mediasına müsahibəsində deyib.
“Ukraynanın özünü müdafiə etmək hüququ var. Beynəlxalq hüquqa görə, bu hüquq sərhədlə məhdudlaşmır”, – o deyib.
Stoltenberq NATO-nun Ukraynanın planları barədə əvvəlcədən məlumatlandırılmadığını və bu planlarda heç bir rol oynamadığını da bildirib.
NATO-nun baş katibi onu da qeyd edib ki, Ukrayna Rusiya ərazisinə daha da dərinləşərək riskə gedir, lakin hərbi kampaniyanı necə aparacağı Kiyevdən asılıdır.