Ukraynanın xüsusi hərbi əks-hücumu mütləq öz məqsədlərinə çatacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyak Ukraynanın bununla bağlı 5 bənddən ibarət planının olduğunu bildirib:
1. Rusiyanın Ukraynadan qovulması;
2. Kriminal anklav və boz zonaların ləğv edilməsi;
3. Rusiyanın demilitarizasiyası;
4. “Şər imperiyası”nın reputasiyasının məhv edilməsi;
5. Rusiyanın islah düşərgəsinə çevrilməsi.