ABŞ tərəfindən hərbi yardımın dayandırılması səbəbindən Ukrayna hava hücumundan müdafiə sistemlərinin raketləri bitmək üzrədir.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“Nəticədə rus təyyarələri cəbhə xəttinə daha yaxından uça və yaxın mənzilli raketlərdən istifadə edə bilir. Buna misal olaraq Çasov Yar istiqamətində Rusiyanın Su-25 təyyarəsinin alçaq məsafədən Ukrayna hərbçilərinin mövqelərini bombalamasını göstərmək olar”, – məlumatda qeyd olunub.
Nəşr bildirib ki, ruslar böyük itkilər hesabına da olsa, Çasov Yarın ətrafında möhkəmlənə biliblər:
“Tezliklə Çasov Yarda küçə döyüşləri başlaya bilər”.