Ukrayna hakimiyyəti Qərb ölkələrindən öz ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 1,5 milyard dollar sərmayə qoymağı xahiş edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko məlumat verib.
“Biz Ukraynada PUA istehsalına 1,5 milyard dollar cəlb etmək imkanını axtarırıq. Tərəfdaşları pilotsuz təyyarələrin ən effektiv tədqiqi və inkişafına sərmayə qoymağa çağırırıq”, – Y.Çernoqorenko qeyd edib.