Ukraynanın qələbəsi bizim öhdəliyimizdir – Trass

Ukraynanın qələbəsi bizim öhdəliyimizdir – Trass

Avropada uzunmüddətli sülh yalnız Rusiyanın Ukraynada məğlub olduğu halda mümkündür, indi danışıqların vaxtı deyil.

AzerTimes xəbər verir ki, bu barədə Madriddə keçirilən NATO İctimai Forumunda çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

“Rusiyanın Ukraynada məğlubiyyətinə nail olmaq öhdəliyimiz var. Biz bunu Avropanın təhlükəsizliyi, azadlığı və demokratiyası naminə etməliyik. Bu, Avropada uzunmüddətli sülhə nail olmağın yeganə yoludur. Bəziləri danışıqların mümkünlüyündən danışır. İndi, Rusiya hələ də Ukraynada olarkən. Amma düşünürəm ki, bu, yalançı sülh gətirər”, – Britaniya XİN rəhbəri bildirib.

Teqlər: