Ukraynanın oğurlanmış taxılları 87 gəmi ilə daşınır

Ukraynanın oğurlanmış taxılları 87 gəmi ilə daşınır

Ukraynadan oğurlanmış taxılları davamlı olaraq xaricə daşıyan cinayət sistemi var. Hazırda taxıllar 87 gəmi vasitəsilə xaricə aparılır.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Livandakı səfiri İqor Ostaş məlumat verib.

“Bu, birbaşa Suriya, yaxud Yaxın Şərqin digər ölkələriylə də ola bilər. Amma bu elə bir cinayət işidir ki, sözsüz burada Rusiyanın Ukraynadakı qoşunları iştirak edir”, – deyə səfir bildirib.

Qeyd edək ki, Ukraynanın məlumatına əsasən, Rusiya fevraldan iyun ayına qədər 100 milyon dollar dəyərində 500 min tona yaxın buğda oğurlayıb.

Teqlər: