Krım sahilləri yaxınlığında Qara dəniz üzərində Ukrayna raketi məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, noyabrın 9-da Moskva vaxtı ilə saat 17:40 radələrində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hədəflərə “Neptun” gəmi əleyhinə raketdən istifadə etməklə həyata keçirdiyi hücum cəhdinin qarşısı alınıb:
“Növbətçi hava hücumundan müdafiə sistemləri Krım yarımadası sahillərində Qara dəniz üzərində Ukrayna raketini aşkar edib və məhv edib”.