Ukraynanın NATO-ya üzvlüyünü birmənalı şəkildə dəstəkləmirəm.
AzerTimes xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi “Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirsinizmi” sualına cavabında deyib.
“Biz Ukraynada demokratiyaya çox sadiqik. Gəlin, əvvəlcə bu müharibədə qalib gələk. Amma mən onların təhlükəsizlik zəmanətlərinin olmasının tərəfdarıyam”, – Pelosi bildirib.