Alyansın iyulda keçiriləcək sammiti Ukraynanın gələcəyinin NATO ilə olduğunu təsdiq edəcək.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Vilnüs sammitində biz Ukraynaya güclü dəstək və həmrəylik siqnalı göndərəcəyik və Ukraynanın gələcəyinin NATO ilə olduğunu açıq şəkildə bəyan edəcəyik”, – Stoltenberq bildirib.
Baş katib məsələ ilə bağlı hazırda məsləhətləşmələrin davam etdiyini söyləyib.
Bundan əlavə, o, Ukraynanın NATO-ya üzvlüyünə razı olacaqlarını vurğulayıb.