Ukraynanın NATO-ya üzvlük qərarı üçün aylar lazımdır

Ukraynanın NATO-ya üzvlük qərarı üçün aylar lazımdır

NATO bildirib ki, Ukraynanı alyansa dəvət etmək qərarı ilə bağlı konsensusa gəlmək bir neçə ay çəkə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Konsensusa nail olmaq üçün həftələr və aylar lazım olacaq. Sabah olacağını düşünmürəm”, – yüksək səviyyəli NATO rəsmisi açıqlamasında deyib.

Məlumata görə, dekabrın 3-4-də Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ukrayna nümayəndə heyətinin də dekabrın 3-də nazirlərin görüşü çərçivəsində alyansa dəvət məsələsini qaldıracağı gözlənilir.

Teqlər: