Fransa Ukraynanın NATO-ya qoşulmasının əleyhinə deyil, lakin bu məsələ ABŞ-ın gələcək administrasiyasından asılıdır.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “La Tribune” nəşrinə müsahibəsində deyib.
O, Ukrayna Prezidenti Zelenskinin sülh planını şərh edərkən, onun bəzi aspektlərinin maraqlı olduğunu vurğulayıb:
“İlk növbədə, bu plan Ukraynanın mümkün danışıqlara hazırlaşdığını göstərir. Vəzifəmiz ona əlverişli güc balansı ilə danışıqlar masasına gəlməyə kömək etməkdir. Biz bu məsələni unutmamalıyıq: Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verə bilərik?”.
O, Fransanın hazırda təlim keçdiyi 2 min əsgərlə yanaşı, Ukrayna hərbçilərinin təliminin genişləndiriləcəyini də istisna etməyib.