Ukraynanın müdafiə naziri istefa verib

Ukraynanın müdafiə naziri Andrey Taran istefa verib.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Telegram”-kanalında ölkə hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

Onun sözlərinə görə, A.Taran istefa barədə ərizəsini Radaya təqdim edib.


Qeyd edək ki, Andrey Taran 2020-ci ilin martın 4-dən müdafiə naziri vəzifəsində çalışıb.