NATO Kiyevin Rusiya ərazisindəki hərbi hədəflərə çatmaq imkanı əldə etməsi üçün Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsini ciddi şəkildə müzakirə edir.
AzerTimes xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Ukraynanın bir dövlət kimi yaşayıb-yaşamayacağı Qərbdən asılıdır”,- o bildirib.