Ukraynanın loukoster aviaşirkəti Gəncəyə uçuşlar həyata keçirəcək

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Ukraynanın Dövlət Aviasiya Xidməti “Bees Airline” loukoster aviaşirkətinə Azərbaycana müntəzəm uçuşlar həyata keçirməyə icazə verib.

AzerTimes-ın məlumatına görə, “Bees Airline” şirkəti oktyabrın 1-dən başlayaraq Odessa-Gəncə marşrutu ilə reyslər təşkil edəcək. Uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti həftədə iki dəfə Kiyev-Bakı-Kiyev marşrutu ilə uçuşlar həyata keçirir. Bundan başqa, “SkyUp” aviaşirkəti Lvov-Bakı-Lvov istiqamətində həftədə iki dəfə reyslər yerinə yetirir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: