Ukraynalı könüllülər Rusiyanın yeni cavab hücumları və Ukraynanın Kursk bölgəsinə hərbi müdaxiləsi səbəbindən Sum vilayətinin şimalından sakinləri təxliyə etməyə başlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusunun Kurska hücumu səbəbindən Rusiya bölgəyə hava hücumlarını daha da gücləndirb.
Eyni zamanda, Sum Regional Dövlət Administrasiyasının rəhbəri Vladimir Artyux sərhədə bitişik 10 kilometrlik ərazidə 28 kəndin boşaldılmasını tələb edib.
Ölkənin Milli Polisi 20 min insanın bölgəni tərk etməli olduğunu bildirib.