Müstəqil kanallar vasitəsilə daxil olan məlumata görə Ukrayna “Kursk” Atom Elektrik Stansiyasıına (AES) zərbə endirməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu cür addımların məqsədi Rusiyanı öz stansiyasını atəşə tutmaqda ittiham etmək və Ukraynanın AES-lərinə zərbə endirilməsinə zəmin yaratmaqdır.
Məlumatda qeyd olunur ki, Kiyevin regionun radioaktiv maddələrlə çirklənməsinə səbəb olan texnogen fəlakət yaratmaq niyyətini reallaşdırmaq cəhdlərinə qarşı sərt hərbi və hərbi-texniki tədbirlər görüləcək.