Ukraynanın keçmiş baş prokuroru tağım komandiri oldu

Ukraynanın keçmiş baş prokuroru tağım komandiri oldu

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı keçmiş baş prokuror Yuri Luçenkonu zərbə PUA-larının tağım komandiri təyin edib.

AzerTimes xəbər verir ki, bu barədə Lutsenkonun nümayəndəsi Larisa Sarqan məlumat verib.

Bildirilib ki, Luçenkoya fevralın 8-də kapitan rütbəsi də verilib.

Lutsenkonun həyat yoldaşı ərinin müharibə başlanadan sonra əvvəlcə Kiyev Ərazi Müdafiə Batalyonunda, daha sonra Nikolayev və Xerson istiqamətində, eləcə də Baxmut və Soledarda döyüşdüyünü deyib.

Qeyd edək ki, Luçenko 2016-2019-cu illərdə Ukraynanın baş prokuroru vəzivəsində işləyib.

Teqlər: