Ukraynanın infrastrukturunu buna görə vurduq – Putin

Ukraynanın infrastrukturunu buna görə vurduq – Putin

Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Vladimir Putinə zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Qərb dövlətlərinin, o cümlədən Almaniyanın Kiyev rejimini silahla təmin etməsi, Ukrayna hərbçilərinə təlim keçməsi, hərtərəfli siyasi və maliyyə dəstəyi Kiyevin istənilən danışıqlar ideyasını tamamilə rədd etməsinə gətirib çıxarır. Rusiya ordusu uzun müddət Ukraynadakı bəzi hədəflərə dəqiq raket zərbələri endirməkdən çəkinib. Lakin Kiyevin mülki infrastruktura, o cümlədən Krım körpüsünə və enerji obyektlərinə qarşı hücumlarına cavab olaraq Rusiya raketləri işə salmağa məcbur oldu”, – Putin Şoltsa bildirib.

Bundan başqa, Putin və Şolts Ukrayna taxılının ixracına dair İstanbul sazişinin həyata keçirilməsini və Rusiyadan ərzaq və gübrə ixracına qoyulan qadağanın aradan qaldırılmasını müzakirə ediblər.

Teqlər: