Ukrayna ordusunun Kursk vilayətinə hücumu “Rusiya hərbçiləri və Kreml üçün şok oldu.
AzerTimes xəbər verir ki, bu barədə “Moskva Tayms” nəşri Kremldəki mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Rusiya rəhbərliyi Ukrayna qoşunlarının 100 kvadrat kilometrdən çox ərazini ələ keçirməyə və bu qədər hərbçini əsir götürməyi bacara biləcəyini ağlasığmaz hesab edirdi.
“Bu, prezidentin üzünə vurulan sərt sillədir. Rusiyanın regionu və əhalisi üçün təhlükə var. Bu, qələbəsinə arxayın olan ölkənin davranışı deyil”, – mənbə bildirib.
Putinin yaxından tanıyan mənbələr nəşrə bildiriblər ki, ictimai çıxışlar zamanı prezident açıq şəkildə narazı və qıcıqlanmış görünürdü:
“Liderin bu gün əhvalı pis idi. O, yəqin ki, 2022-ci ilin payızında Rusiya ordusunun Xersondan çıxarılmasından sonra belə görünməyib. Məmurlardan biri açıq deyib: “Sərhəd qoşunlarımız mühasirəyə alınıb. Çağırışçılar əsir götürülüb. Ukraynanın irəliləməsinin dərinliyinin məhdud olduğu aydındır. Buna baxmayaraq, baş verənlər reputasiyamız üçün çox xoşagəlməzdir”.