Rostov vilayətinin Proletar şəhərindəki neft bazasında dizel yanacağı olan 74 konteynerdən 20-yə yaxını yanır.
AzerTimes xəbər verir ki, bunu Proletar rayon administrasiyasının rəhbəri Valeri Qorniç deyib.
Onun sözlərinə görə, hazırda yanğının sahəsi 10 min kvadratmetrdir.
Qeyd edək ki, avqustun 18-də gecə Rusiyanın Rostov vilayətindəki “Qafkaz” kombinatı vurulmuşdu. Dünən yanğının baş verdiyi Proletar rayon administrasiyası rayonda fövqəladə vəziyyət elan etmişdi.