Qərb Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıdır və Qərb dövlətləri bu müharibə bitdikdən sonra düşmən xarakterli Rusiya ilə məşğul olmalıdır.
AzerTimes xəbər verir ki, bu sözləri “Röyters” agentliyinə müsahibəsində Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka deyib.
Ukraynanın hazırki əks-hücumunu şərh edən çexiyalı hərbçi mənfi qiymətləndirmələrin olmasına baxmayaraq, onun sürətindən məyus olmadığını vurğulayıb:
“Hərbi hücum belə görünür. Bu, İkinci Dünya müharibəsi filminə bənzəmir, vaxt aparır. Ümumiyyətlə, hesab edirəm ki, heç bir tərəf yaxın gələcəkdə qarşıya qoyulan məqsədlərə nail olmaq iqtidarında deyil. Bu, bir neçə həftə deyil, uzun müddət davam edəcək. Və bizim ukraynalıları uzun müddət dəstəkləməyimiz vacibdir”.
Bundan əlavə, Rjeka Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra belə Kremlin daha az proqnozlaşdırılan hərəkət edəcəyi və Qərb üçün daha ciddi təhlükə yaradacağı fikrini bölüşüb.