Döyüş əməliyyatlarının ilkin nəticələri göstərir ki, Ukraynanın hərbi resursu demək olar ki, tükənib.
AzerTimes xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Kiyevə dəstək şüarı altında ABŞ dünyanın müxtəlif regionlarındakı tərəfdaşlarının hərbi arsenallarını təmizləyir, bunun müqabilində onlara Qərb istehsalı olan texnikanın güzəştli tədarükünü vəd edir. Əslində, ABŞ hərbi sənaye kompleksinin məhsulları bazarı təmizlənir. Tərəfdaşlar yeni silahlar üçün ABŞ-a çoxlu pul ödəməli və təhlükəsizlik sferasında suverenliyi məhdudlaşdırmağa razılıq verməli olacaqlar”, – Şoyqu bildirib.