Biz onları Xersondan qovduq və şübhə etmirəm ki, Luqanskı, Donetski, Krımı, Ukrayna torpağının hər qarışını azad edəcəyik.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
“Qələbəmiz üçün korrupsiya ilə mübarizə siyasəti, səmərəli iqtisadi artım, Ukrayna ordusunun, torpaqlarının qorunması və Ukrayna xalqının müdafiəsi ilə bağlı Ali Rada da daxil olmaqla, mütləq birlik nümayiş etdirməliyik”, – Poroşenko bildirib.