Rusiya ordusunun zərbələri ilə demək olar ki, dağıdılmış Ukraynanın energetika sistemi digər tərəfdən də anomal istilərlə üzləşib. Bu vəziyyət böyük fəlakətə gətirə bilər.
AzerTimes xəbər verir ki, bu barədə NYT məlumat yayıb.
Bildirilib ki, Ukraynanın elektrik şəbəkəsi Rusiya raketləri və dronlarının dəfələrlə hücumlarına məruz qalıb, nəticədə elektrik stansiyaları və yarımstansiyalar sıradan çıxıb.
“İndi Ukraynanın elektrik şəbəkəsi bəzi yerlərdə 40 dərəcəyə çatan temperaturla, daha gözlənilməz təhlükə – həddindən artıq isti ilə mübarizə aparır. Elektrik şəbəkəsinin dağılmasının qarşısını almaq üçün səlahiyyətlilər ölkə daxilində geniş yayılmış elektrik kəsilmələri tətbiq edirlər”, – deyə məqalədə qeyd edilir.