NATO 2023-cü ilin iyuluna qədər Ukrayna üçün təhlükəsizlik layihəsinin hazırlanmasını başa çatdırmalıdır.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Münhen konfransında çıxışı zamanı deyib.
“Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirəm, amma Kiyevin təhlükəsizlik təminatı olmalıdır. Biz gələcək, Ukraynanın təhlükəsizliyini necə qoruyacağımız haqqında düşünməliyik”, – Sunak bildirib.