Avropa Birliyi (AB) Ukraynaya digərlərindən daha çox müxtəlif növ yardımlar göstərib, onun həcmi 65 milyard avronu keçib.
AzerTimes xəbər verir ki, bu barədə AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
“Bütün yardım növlərini – hərbi, mülki, iqtisadi, humanitar, maliyyə, qaçqınlara yardım – nəzərə alsaq, Aİ Ukraynanın ən böyük donorudur”, – Borrell qeyd edib.
O əlavə edib ki, AB Ukraynaya növbəti makromaliyyə yardımı tranşı kimi 1,5 milyard avro ödəyib.