Ukraynanın elektrik stansiyalarının 30 faizi məhv edilib

Ukraynanın elektrik stansiyalarının 30 faizi məhv edilib

Oktyabrın 10-dan bəri Rusiya Ukraynanın elektrik stansiyalarının 30 faizini məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter hesabında yazıb.

“Rusiyanın hücumları Ukraynanın enerji və kritik infrastrukturunu hədəfə alıb. Oktyabrın 10-dan bəri Ukraynanın elektrik stansiyalarının 30%-i sıradan çıxıb. Bu da ölkə üzrə kütləvi elektrik enerjisinin kəsilməsinə səbəb olub. Artıq Putinlə danışıqlar üçün artıq heç bir yer qalmayıb”, – o bildirib.

Teqlər: