Ukrayna ordusunun fəaliyyətinin tez bir zamanda uğura gətirib çıxacağı mütləq deyil, konflikt uzun müddət davam edə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
O bildirib ki, Qərb Kiyevi uzun müddət dəstəkləməyə hazır olmalıdır:
“Ukraynada tez bir zamanda dərhal həlledici nəticənin olacağı barədə təminat yoxdur. Biz bunu dərk etməliyik. Biz dərk etməliyik ki, Ukraynanı tələb olunan qədər dəstəkləməylik, çünki söz vermişik”.