Əks-hücumun başlayıb-başlamadığını onu görən bilir, mən bunu elan etməyəcəyəm.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ukraynanın əks-hücuma başlayıb-başlamadığı barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, güclü hərbi fəaliyyət davam edir:
“Bu, müttəfiq qüvvələrinin çimərliklərə (1944-cü ildə Normandiya – red.) çıxması ilə eyni deyil. Bu cür hərbi əməliyyatlar daha dinamik, çoxqatlı və çoxkomponentlidir”.