Ukraynanın cənub istiqamətlərində əks-hücumları bir neçə həftədən başlayaraq aylarla davam edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı ekspert Sergey Zqurets deyib.
“Belə bir fikir vardır ki, düşmənin (Rusiya qoşunları – red.) müvaqimət üçün hələ də imkanları var. Məsələn, ruslardan artilleriyadan kütləvi istifadə etməklə əks-hücum əməliyyatları gözləmək olar. Qeyd etmək gərəkdir ki, Ukrayna SQ-nin əməliyyatları bir neçə həftə, yaxud aylarla davam edə bilər. Bu zaman kəsiyində cəbhədə hadisələrin fərqli inkişaf ssenarisi mümkündür”, – deyə ekspert bildirib.
O əlavə edib ki, cənub cəbhəsində bir neçə gündə ruslar yüzlərlə itki verib.