İyunun 4-də Ukraynanın əks-hücum əməliyyatı başlayandan bəri Rusiya silahlı qüvvələrinin ən azı bir generalı, iki polkovniki və üç polkovnik-leytenantı, eləcə də daha 12 zabiti həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə BBC-nin rus bölməsinin məlumatında bildirilib.
“Rusiya ordusunun yüksək rütbəli zabitləri sonuncu dəfə Ukraynaya işğalın ilk aylarında belə əhəmiyyətli itki veriblər”, – nəşr yazıb.
Qeyd olunub ki, Rusiyada ordu ilə “Vaqner” arasında baş verən qarşıdurma zamanı 13 hərbi pilot da ölüb.