Bu gün səhər saatlarında Ukraynanın Yunanıstandakı səfirliyinə qanlı paket göndərilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Səhər Ukraynanın Yunanıstandakı səfirliyinə qanlı bağlama daxil olub. Göndərənin ünvanı əvvəllər Ukrayna səfirlikləri və konsulluqları tərəfindən qəbul edilmiş digər zərflərdəki kimidir. Yunan polisi istintaq hərəkətlərinə başlayıb”, – məlumatda qeyd edilib.