Elektrik enerjisinin əhəmiyyətli çatışmazlığı səbəbindən Ukraynanın bütün regionlarında elektrik enerjisi kəsilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenerqo” milli enerji şirkəti məlumat yayıb.
Qeyd olunub ki, şirkət saat 21.00-dan 24.00-a qədər Ukraynanın bütün bölgələrində nəzarətli fövqəladə dayandırmalar tətbiq etməyə məcburdur. Səbəb sistemdə elektrik enerjisinin əhəmiyyətli dərəcədə çatışmazlığıdır.