Ukrayna ordusu yaxın həftələrdə əks-hücum əməliyyatına başlaya bilər.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Stupak deyib.
Onun proqnozuna görə, bu, bir-iki ay ərzində baş verəcək:
“Mənim daxili inamım budur ki, əks-hücum növbəti 30-60 gün ərzində başlaya bilər. Yəni aprelin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gözləmək olar. İndi bizim maddi-texniki bazamızdan, arxa cəbhənin doldurulmasından çox şey asılıdır. Yaradılan bu 8 briqada (Daxili İşlər Nazirliyinin “Hücum qvardiyası” – red.) təlim keçməlidir. Əlbəttə ki, sursatdan çox şey asılıdır”.