Ukraynanın bu istəyi Rusiyanı təşvişə saldı

Ukraynanın bu istəyi Rusiyanı təşvişə saldı

Rusiya BMT Təhlükəsizlik Şurasının üzvlərindən Ukrayna hakimiyyətinin münaqişənin həll edilməsi məqsədi ilə danışıqlara başlamaq üçün gözlənilməz istəyinin səbəbini öyrənməyi xahiş edib.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın beynəlxalq təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Həmkarlar, sizdən təcili olaraq bu istəyin təfərrüatlarını öyrənməyinizi xahiş edirəm”, – o deyib.

Nebenzya qeyd edib ki, dialoqa hazır olmaq əvvəllər Ukrayna münaqişəsinin həlli üçün diplomatik yolu daha məqsədəuyğun adlandıran Rusiyanın mövqeyinə uyğundur.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya hakimiyyəti heç vaxt sülh danışıqlarından imtina etməyib, lakin Ukrayna Qərb müttəfiqlərinin göstərişi ilə onları rədd edib.

Teqlər: