Ukraynanın bu hücumu iki ay davam edəcək

Ukraynanın bu hücumu iki ay davam edəcək

Ukrayna hərbçilərinin yeni əks-hücumu Xarkov istiqamətindəki əməliyyatdan fərqli olacaq. Hücumun özü ən azı bir və ya iki ay davam edəcək.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Əminliklə deyə bilərəm ki, Xarkov əməliyyatındakı kimi irəliləmə sürətini təkrarlamaq çox çətin olacaq, çünki düşmən qoşunlarının sıxlığı kifayət qədər yüksəkdir. Həmin vaxt itkilər nəzərə alınmaqla Ukrayna ərazisində 120 minə yaxın rus hərbçisi var idi. Rus qoşunlarının şimal qruplaşmasının şərqə köçürülməsini nəzərə alsaq belə, buradakı qoşunların sıxlığı indikindən azı 4 dəfə az idi. Buna görə də çətin ki, ötəndəfəki sürəti təkrarlamaq mümkün olsun. Ancaq Xarkov əməliyyatı kimi bir şey – mən qoşunlarımızdan bunu gözləyirəm”, – ekspert vurğulayıb.

Teqlər: