Ukraynanın yeni dronu süni intellektin köməyi ilə Rusiya texnikasının zəif yerlərini tapır.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşrinin jurnalisti Yulian Röpke məlumat yayıb.
Onun sözlərinə görə, “Bulava” adı verilmiş dron Parisdəki “Eurosatory” silah sərgisində nümayiş etdirilir.
Saatda 100 km sürətlə uçan dron havada 50 dəqiqədən çox qala bilir.